Ana Sayfa > Ölkə > Ramiz Mehdiyevin kürəkəninin təsisçisi olduğu şirkətin vergi borcu var

Ramiz Mehdiyevin kürəkəninin təsisçisi olduğu şirkətin vergi borcu var


18-03-2022, 15:32. Yazar: sevinc1
Ramiz Mehdiyevin kürəkəninin təsisçisi olduğu şirkətin vergi borcu var

"Astoriya Tibb Mərkəzi" MMC-nin dövlətə 50 min manatdan çox vergi borcu yaranıb.

aia.az Qaynarinfo-ya istinadən bildirir ki, şirkətin qanuni təmsilçisi Abbasov Gündüz Cümşüd oğlu, hüquqi ünvanı Yasamal rayonu Landau küçəsi 6-dır.

Hazırda şirkətin dövlətə 50924.18 manat vergi borcu var.

Qeyd edək ki, MMC-nin iki təsisçisindən biri Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat Əliyev İlham Əli Səftər oğludur.

aia.az
Geri dön