Ana Sayfa > İqtisadiyyat > Mərkəzi Bank uçot dərəcəsini artırıb

Mərkəzi Bank uçot dərəcəsini artırıb


18-03-2022, 15:18. Yazar: sevinc1
Mərkəzi Bank uçot dərəcəsini artırıb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,5 faizdən 7.75 faizə qaldırılıb.

Bu barədə aia.az-a Mərkəzi Banka istinadən məlumat verir.

Faiz dəhlizinin aşağı həddi 6.25 faiz, yuxarı həddi isə 9.25 faiz səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 9 faiz idi.

aia.az
Geri dön