Ana Sayfa > Gündəm / Seçilənlər-3 / Aia TV / Karusel > Şəhid qardaşı: Eldar bu günə kimi 4 erməni öldürüb - VİDEO

Şəhid qardaşı: Eldar bu günə kimi 4 erməni öldürüb - VİDEO


26-07-2015, 10:19. Yazar: admin

İndi isə onun özü şəhid oldu.

Düşmənə qarşı döyüşdə mətinliklə vuruşaraq Şəhidlik zirvəsinə yüksələn Fətəliyev Eldar Səxavət oğlunun ölümü doğmalarını sarsıtsa da, onların əbədi qürur mənbəyinə çevrilib.

Aia.az -ın ans-ə istinadən məlumatına görə, bu gün Gədəbəyin Novoivanovka kəndində dəfn edilən şəhid Fətəliyev Eldar Səxavət oğlunun qohumları ondan qürurla danışıb.

Şəhidin qardaşı Arzu Fətəliyev qardaşının hərbi xidmətə getdiyi vaxtdan bu günə kimi 4 erməni öldürdüyünü açıqlayıb. İndi isə onun özü şəhid olub.

Şəhidin qohumu Kəmalə Nağıyeva Eldarın çox mərd və vətənpərvər bir insan olduğundan söz açıb.

24 yaşlı Eldar Fətəliyev hərbi təxmini başa vurandan sonra yenidən ordu sıralarına qayıtmışdı. Müddətdən artıq xidmət edən hərbi qulluqçunun 2 azyaşlı övladı var.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri ötən gecədən başlayaraq cəbhənin Gədəbəy istiqamətində atəşkəsi intensiv pozması nəticəsində Fətəliyev Eldar Səxavət oğlu şəhid olmuşdur. Şəhid olan müddətdən artıq hərbi qulluqçu Eldar Fətəliyev bu gün son dəfə öz evinə gəldi.

Geri dön