Ana Sayfa > Siyasət > Hikmət Hacıyev BMT rəsmisi ilə UNEP-in azad olunmuş ərazilərə missiyasını müzakirə edib
Hikmət Hacıyev BMT rəsmisi ilə UNEP-in azad olunmuş ərazilərə missiyasını müzakirə edib18-03-2022, 09:45. Yazar: sevinc1 |
![]() Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi ilə UNEP-in azad olunmuş ərazilərə missiyasını müzakirə edib. aia.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz rəsmi "Twitter" hesabında bildirib. "BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi ilə ekoloji vəziyyəti qiymətləndirmək üçün UNEP-in işğaldan azad edilmiş torpaqlara, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Hadrut və Şuşaya missiyasını müzakirə etdik. Ermənistanın 30 il davam etmiş hərbi işğalı böyük ekoloji ziyanla müşayiət olunub", - paylaşımda bildirilir. aia.az Geri dön |