Ana Sayfa > Karusel / Dünya > Moskva və Kiyev Çernobıl AES-lə bağlı razılığa gəldilər
Moskva və Kiyev Çernobıl AES-lə bağlı razılığa gəldilər17-03-2022, 18:09. Yazar: sevinc1 |
Rusiya tərəfi Ukrayna hərbçiləri ilə Çernobıl atom-elektrik stansiyasının təhlükəsizliyinin birgə təmin olunması barədə razılıq əldə edib. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O qeyd edib ki, tərəflər enerji bloklarının və sarkofaqların təhlükəsizliyinə birgə nəzarət edəcəklər. “Rusiya hərbçiləri tərəfindən Çernobıl AES-in nəzarətə götürülməsi onun təhlükəsizliyinə xələl gətirməyəcək şəkildə həyata keçirilib”, - diplomat vurğulayıb. M.Zaxarova bildirib ki, Rusiya tərəfi sözügedən obyektin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da hər cür səy göstərmək niyyətindədir. aia.az Geri dön |