Ana Sayfa > Seçki 2024 > Samux rayonunda Novruz bayramı münasibətilə şəhid ailələri və qazilərlə birlikdə tədbir keçirildi

Samux rayonunda Novruz bayramı münasibətilə şəhid ailələri və qazilərlə birlikdə tədbir keçirildi


17-03-2022, 16:45. Yazar: sevinc1
Samux rayonunda Novruz bayramı münasibətilə şəhid ailələri və qazilərlə birlikdə  tədbir keçirildi

Rayon mərkəzindən 55 km uzaqlıqda yerləşən, Samux rayonunun Poylu kəndində şəhid ailələri və qazilərlə birlikdə Novruz bayramı münasibəti ilə tədbir keçirildi.

aia.az xəbər verir ki, tədbirdə kənd sakinləri ilə yanaşı Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.

Tədbir iştirakçıları ilk öncə Qarabağ döyüşlərində şəhid olmuş kənd sakinlərinin əziz xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoydular. Daha sonra Poylu kəndindən 44 günlük vətən müharibəsində şəhid olan Həsənov Pərviz Fərmayil oğlunun ailəsi Novruz bayramı münasibəti ilə ziyarət edildi.

Kənd meydanında şəhid ailələri və qazilərlə birgə bayram tonqalı yandırıldı. Şəhid ailələri və qazilərə bayram sovqatı verildikdən sonra tədbirin bədii hissəsi keçirildi.

Şəhid ailələri, qazilər və kənd sakinləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

aia.az


Geri dön