Ana Sayfa > Ölkə > Xırdalanda elektrik yarımstansiyasında yanğın olub

Xırdalanda elektrik yarımstansiyasında yanğın olub


17-03-2022, 15:02. Yazar: admen
Xırdalanda elektrik yarımstansiyasında yanğın olub

Xırdalanda elektrik yarımstansiyasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AİA.Az-a verilən məlumata görə, ümumi sahəsi 105 kv.m olan yarımstansiyanın içərisində 16 ədəd paylayıcı açar və kabel, bitişik iki evin dam örtüyü 6 kv.m sahədə yanıb.

Yarımstansiyanın və evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

aia.az
Geri dön