Ana Sayfa > İdman > Bakıda bədii gimnastika üzrə Azərbaycan çempionatının ikinci günü start götürüb

Bakıda bədii gimnastika üzrə Azərbaycan çempionatının ikinci günü start götürüb


17-03-2022, 13:06. Yazar: admen
Bakıda bədii gimnastika üzrə Azərbaycan çempionatının ikinci günü start götürüb

Martın 17-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatının ikinci günü start götürüb.

AİA.Az-ın məlumatına görə, çempionatda fərdi gimnastlar gənclər (2007-2009-cu illər təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Çempionatın ikinci günündə gənclər və böyüklər arasında ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.

Qeyd edək ki, yarışlarda Bakı şəhəri üzrə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Grasiya IK, Respublika Kompleks İdman Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda yarışacaq.

Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent), həm də çoxnövçülük xalına görə müəyyənləşəcək.

aia.az
Geri dön