Ana Sayfa > Media > Vətəndaşlardan işə düzəltmək adı ilə pul alan “Azəriqaz”ın keçmiş əməkdaşına cinayət işi açılıb
Vətəndaşlardan işə düzəltmək adı ilə pul alan “Azəriqaz”ın keçmiş əməkdaşına cinayət işi açılıb17-03-2022, 13:02. Yazar: admen |
Qazax rayon sakinlərinin işə düzəltmək adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qazax rayon prokurorluğundan AİA.Az-a verilən məlumata görə, araşdırmalarla “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin Şəmkir Regional Mərkəzinin Qazax bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min 500 manat məbləğində pul alaraq təkrar dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir. aia.az Geri dön |