Ana Sayfa > Cəmiyyət > Gəncədə ağır qəza: ölənlər var

Gəncədə ağır qəza: ölənlər var


11-05-2016, 19:56. Yazar: admin
Gəncədə ağır qəza: ölənlər var






Gəncədə ağır yol qəzası baş verib.

Şəhərin Vəli Xuluflu küçəsində "VAZ 2106" markalı avtomobillə "Mercedes" markalı maşın toqquşub. Zərbənin gücündən aşan "VAZ"ın sürücüsü Eldar Mahmudov və sərnişini 58 yaşlı Fikrət Kərimov hadisə yerində dünyasını dəyişib.

Digər sərnişin, 53 yaşlı İradə Həsənova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, qadının gözü çıxıb və ayağı sınıb. Vəziyyəti ağırdır. Hadisə yerinə cəlb edilən FHN-nin Gəncə Regional Bölməsinin xilasediciləri cəsədləri deformasiyaya uğramış avtomobildən çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön