Ana Sayfa > Seçki 2024 > Şəkidə “Uşaqların hüquq və vəzifələrinə dair məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda tədbirlər keçirilib

Şəkidə “Uşaqların hüquq və vəzifələrinə dair məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda tədbirlər keçirilib


16-03-2022, 18:30. Yazar: admen
Şəkidə “Uşaqların hüquq və vəzifələrinə dair məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzi tərəfindən Şəki şəhər 3 və 5 saylı tam orta məktəblərdə müəllim və şagirdlərin iştirakı ilə “Uşaqların hüquq və vəzifələrinə dair məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov əvvəlcə iştirakçılara qarşıdan gələn Novruz bayramı ilə əlaqədar Ombudsman Səbinə Əliyevanın təbrikini çatdırıb.

Tədbirlərdə iştirakçılara BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun və digər qanunvericilik aktlarının müddəaları, həmçinin “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın məqsədi və prioritet istiqamətləri barədə məlumat verilib.

Çıxış zamanı uşaq hüquqlarının müdafiəsinin Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən biri olduğu vurğulanıb və bu sahədə görülən işlər diqqətə çatdırılıb.
Geri dön