Ana Sayfa > Gündəm > Aeroport yolunda qəzaya düşənlər belə xilas edildi
Aeroport yolunda qəzaya düşənlər belə xilas edildi16-03-2022, 17:34. Yazar: admen |
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb. FHN-dən AİA.Az-a daxil olan məlumatda deyilir: "Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "Honda" markalı minik və "MAN" markalı betonqarışdıran avtomobillərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobildə vətəndaşların sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə sıxılı vəziyyətdə "Honda" markalı avtomobildə qalmış 2 nəfəri və "MAN" markalı betonqarışdıran avtomobildə qalmış 1 nəfəri xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər". Geri dön |