Ana Sayfa > İdman > Kamran Ağayev restoranda qadını döyüb
Kamran Ağayev restoranda qadını döyüb11-05-2016, 19:20. Yazar: admin |
Azərbaycan millisinin və “İnter”in qapıçısı Kamran Ağayev xuliqanlıq edib. Təcrübəli əlcək sahibi Nərimanov rayonu ərazisində yerləşən özünə aid restoranda bir qadını döyüb. “KN Lounge” adlı restoranına gələn bir qadın orada müştəri ilə mübahisə edib. Sonradan Ağayevin həmin qadını döyərək restorandan qovduğu bildirilir. Bu barədə sportnet.az-a açıqlama verən Kamran Ağayevin əmisi oğlu hadisəni belə şərh edib: “İçib özünü apara bilməyən müştərilərdən biri dava salıb. Kamran da işçilərinə deyib ki, tutun qulağından atın çölə. Mən bu qədər deyə bilərəm. İndi telefonu məndədir, özü isə oyuna hazırlaşır. Ətraflı məlumatı oyundan sonra özündən öyrənin”. Onu da qeyd edək ki, adıçəkilən “KN Lounge” restoranı Kamran Ağayevə məxsusdur. *** Kamran Ağayev məsələyə aydınlıq gətirib: "Yazanda düzünü yazmaq lazımdır. Orda heç kimlә dava etmәmişәm. O qadın içkili gәlib. Sadәcә demişәm ki, çölə çıxarın. Heç bir şey etmәmişәm. O da özünü reklam üçün alәmә car çәkib. Hәmin kafe elә böyük yer deyil. Heç özümüz orada artıq-әskik heç nә etmirik. Sadәcә çay içirik. Normal bir yerdir. Orda mühafizәçi dә yoxdur. Sadәcә qadını bayıra çıxarıblar. aia.az Geri dön |