Ana Sayfa > Karusel / Parlament > Şirvan sakini bacısını öldürərək basdırıb -
Şirvan sakini bacısını öldürərək basdırıb -16-03-2022, 09:00. Yazar: sevinc1 |
Şirvanda 70 yaşlı qadın qardaşı tərəfindən boğularaq qətlə yetirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, əvvəllər dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Rəsulov Alim Rəsul oğlu ailə münaqişəsi zəminində bacısı - 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızını əli ilə boğaraq öldürüb. Bacısının qətlini gizlədən qardaş onu öz əcəli ilə ölən kimi el adəti ilə şəhər qəbristanlığında dəfn edib. Bu gün isə hüquq-mühafizə orqanlarına qadının qətlə yetirildiyi məlum olub. Axşam saatlarında meyit hüquq-mühafizə orqanları təfindən müayinə olunmaq üçün qəbirdən çıxarılaraq Şirvan morquna yerləşdirilib. Qətli törətməkdə təqsirləndirilən A.Rəsulov saxanılıb. Faktla bağlı Şirvan şəhər prokuroluğunda araşdırma aparılır. 21:57 Şirvan sakini bacısını qətlə yetirərək basdırıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızı qardaşı Alim tərəfindən bir-neçə gün əvvəl qətlə yetirilərək Şirvan-Salyan yolunun sağ tərfində yerləşən dağlıq ərazidə basdırılıb. Meyit hüquq-mühafizə orqanları təfindən basdıqlıdığı yerdən çıxarılaraq Şirvan morquna yerləşdirlib. Qətli törətməkdə şübhəli bilinən Alim saxlanılıb. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |