Ana Sayfa > Karusel / Dünya > "Putin bu asılılığımızdan həzz alır" -
"Putin bu asılılığımızdan həzz alır" -15-03-2022, 18:03. Yazar: sevinc1 |
Rusiya neftindən və qazından digər ölkələrin imtina etməsi çətin olacaq, lakin şantajdan qaçmaq üçün hamı bunu etməlidir. aia.az Axar.az-a istinadən xəbər verir ki, bunu Britaniya Baş naziri Boris Conson deyib. "Bombaların düşdüyü vaxtda neft və qazın qiyməti qalxırsa, bu o deməkdir ki, sizin cibiniz boş, Putininki isə doludur. Biz belə ruhda davam edə bilmərik. Nə qədər ki, Qərb iqtisadi cəhətdən Putindən asılıdır, o da bu asılılıqdan həzz almaq üçün əlindən gələni edəcək. Məhz buna görə də bu asılılıq dayandırılmalıdır və dayandırılacaq", - Conson bildirib. aia.az Geri dön |