Ana Sayfa > Seçki 2024 > Samux rayonunda qazilər ziyarət olunub

Samux rayonunda qazilər ziyarət olunub


15-03-2022, 17:44. Yazar: sevinc1
Samux rayonunda qazilər ziyarət olunub

Novruz bayramı ərəfəsində -15 Mart 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov və Sərkar kənd ərazi ilk partiya təşkilatının sədri Şəmistan Yusifov 12 qazi ailəsini ziyarət ediblər. Onlar qazi ailələrinə baş çəkərək bayram sovqatı verib, maddi dəstək göstərib və qayğıları ilə maraqlanıblar.

AİA.Az xəbər verir ki, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qazilərə Allahdan şəfa diləyib. Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçməyə hazır olan qazilərə və onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət, qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Qazilər və ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Geri dön