Ana Sayfa > Media > YAP Şəmkir rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir.

YAP Şəmkir rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir.


15-03-2022, 17:35. Yazar: sevinc1
YAP Şəmkir rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir.

15 Mart 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı Elektrik şəbəkəsi, Dəllər-Daşbulaq kənd, Təzəkənd kənd, Qaracəmirli kənd, Ağlavaşlı kənd və Qaralar kənd tam orta məktəb ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

AİA.Az xəbər verir ki,əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda ərazi ilk partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edən partiya fəalları ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlərə baxılaraq ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib.

Yığıncaqlarda YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və rayon təşkilatının əməkdaşları çıxış edərək YAP-ın ölkəmizin inkişafında və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rolundan danışıblar. Vurğulanıb ki, bu gün Azərbaycan YAP-ın Sədri, Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük uğurlar qazanır, ölkə iqtisadiyyatı dinamik inkişaf tempinə malikdir, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, infrastruktur təminatının gücləndirilməsi, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Sonda Fəxrəddin Vəliyev və partiya fəalları yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə çağırıb.

Geri dön