Ana Sayfa > Media > YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib11-03-2022, 17:50. Yazar: sevinc1 |
![]() Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq ərazi partiya təşkilatlarında hesabat – seçki yığıncaqları davam edir. 2022-ci il mart ayının 11-də YAP Qazax rayon təşkilatının Suvarma Sistemləri İdarəsi, Mədəniyyət Şöbəsi, Uşaq Gənclər İnkişaf Mərkəzi, Barxudarlı kənd ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib. Hesabat – seçki yığıncaqlarında pandemiya qaydalarına tam əməl olunub. aia.az xəbər verir ki, əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər. Adları yuxarıda qeyd olunan ərazi partiya təşkilatlarında təşkilati məsələlərə də baxılıb. YAP Qazax rayon təşkilatının Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatında Müslüm Məmmədov sədr, Elşad Elçiyev sədr müavini, Mədəniyyət Şöbəsi ərazi partiya təşkilatında Ramil Qurbanov sədr, Ceyhunə Hüseynova sədr müavini, Uşaq Gənclər İnkişaf Mərkəzi ərazi partiya təşkilatında Aytəkin Hüseynova sədr, Rima Xanbabayeva sədr müavini, Barxudarlı kənd ərazi partiya təşkilatında Almaz Mirzəyeva sədr, Şəfa Qurbanova sədr müavini seçiliblər. Yığıncaqlarda iştirak edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yeni seçilən sədrləri və müavinləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzuladı. Qeyd etdi ki, partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələri hər birimiz layiqincə yerinə yetirməliyik. Partiya üzvlərinin daha məlumatlı, bilgili, yetkin olmaları, beynəlxalq aləmdə, regionumuzda, respublikamızda baş verən hadisələrdən xəbər tutmaları üçün mütəmadi olaraq sosial şəbəkələri, kütləvi informasiya vasitələrini izləmələrinin vacibliyini ön plana çəkdi. Anar Nəbiyev partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən ətraflı danışıb. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam – intizamın möhkəmləndirilməsi, üzvlük haqlarının vaxtında və Qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələrini verdi. Yığıncaq iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək səmimi arzularını çatdırdı. aia.az Geri dön |