Ana Sayfa > Seçki 2024 > Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov səyyar görüş keçirib

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov səyyar görüş keçirib


11-03-2022, 16:10. Yazar: sevinc1
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov səyyar görüş keçirib

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Qarabağlı kəndində əhali ilə səyyar-görüş keçirmişdir.

Görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar-görüşdə Rayon icra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, rayonumuzda gedən tikinti-quruculuq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Səyyar-görüşdə sakinlərin müraciəti, təklif və rəyləri dinlənilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür. Sonda kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən görüşlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident

Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər. Qeyd edək ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tərəfindən digər kənd və qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

aia.az
Geri dön