Ana Sayfa > Karusel / Dünya > Kanadanın baş naziri:

Kanadanın baş naziri:


11-03-2022, 15:30. Yazar: sevinc1
Kanadanın baş naziri:

"Prezident Volodimir Zelenskinin tələbinə baxmayaraq, NATO Ukrayna ərazisində uçuşa qadağa zonasını tətbiq edə bilməyəcək”.

aia.az xəbər verir ki, bu açıqlama ilə Kanadanın Baş naziri Castin Trüdo çıxış edib.

Kanada hökumətinin başçısı bildirib ki, V.Zelenski ötən gün baş tutan telefon danışığı zamanı ona Ukraynada səmanı bağlamaq üçün birbaşa müraciət edib.

Kanadanın Baş naziri isə cavabında bildirib ki, NATO vəziyyətin daha da gərginləşməsindən ehtiyat etdiyi üçün bu tələbi yerinə yetirə bilməyəcək:

“Bu cavab mənim ürəyimi parçaladı. Dəstək üçün çox şey edə biləcəyimizi söylədim, lakin münaqişənin eskalasiya, yayılma riski ola bilər. NATO təyyarələrini Ukraynaya göndərsək, NATO-nu birbaşa münaqişəyə cəlb etmiş olarıq. Biz həddindən artıq çox şey edə bilərik və əlimizdən gələni də edirik. Amma buna gedə bilmərik”.(oxu.az)

aia.az
Geri dön