Ana Sayfa > Media > Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir.

Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir.


11-03-2022, 15:14. Yazar: admen
Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir.

09 - 11 mart 2022-ci il tarixlərində YAP Daşkəsən rayon təşkilatının İcra Hahimiyyəti Aparatı,Kommunal Müəssisələri Kombinatı və Qaz İstismar Sahəsi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi.Yığıncaqlarda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.

AİA.Az xəbər verir ki, çıxış edənlər sonuncu Prezident seçkilərindən sonra qarşıya qoyulmuş ən vacib məsələ - ərazi bütövlüyümüzün bərpası uğurla icra olunduğundan,Prezident seçkilərindən sonra Ölkə Başçısının bəyan etdiyi proqramın ardıcıllıqla icra olunmasından söhbət açıldı.

Eyni zamanda Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunmuş yeni Nizamnamə və digər normativ hüquqi sənədlərin əhəmiyyətindən yığıncaq iştirakçılarına məlumat verildi.

Yığıncaqlarda yeni sədr və sədr müavinləri seçildi.Onlarla gənc Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət etdi.
Geri dön