Ana Sayfa > Media > Ən böyük təyyarə yola çıxdı

Ən böyük təyyarə yola çıxdı


11-05-2016, 13:55. Yazar: admin




Dünyanın ən böyük nəqliyyat təyyarəsi An-225 "Mriya" Avstraliyaya ilk kommersiya reysinə uçub.
Aia.az UNİAN-a istinadən bildirir ki, Ukraynadakı "Antonov" dövlət müəssisəsindən verilən məlumata görə, təyyarə Kiyev-Praqa-Türkmənbaşı-Heydərabad-Cakarta-Pert marşrutu ilə uçur.
An-225 "Mriya"nın ağırlığı 640 tondur və o, həm də dünyanın ən ağır təyyarəsi sayılır.
Qanadlarının uzunluğu 88 metr, uzunluğu 84 metr olan 6 mühərrikli A-225 10 tankı daşıya bilir.
ABŞ-ın Kaliforniya ştatındakı Mohava aerokosmik limanında "Scaled Composites" şirkəti hazırda dünyanın ən ağır və böyük nəqliyyat təyyarəsi olacaq "Stratolaunch"ı inşa etməkdədir.

Aia.az
Geri dön