Ana Sayfa > Seçki 2024 > Sumqayıt sakinindən şantajla pul alanlar saxlanılıb

Sumqayıt sakinindən şantajla pul alanlar saxlanılıb


11-03-2022, 10:46. Yazar: sevinc1
Sumqayıt sakinindən şantajla pul alanlar saxlanılıb

Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə martın 5-də 6-cı mikrorayon ərazisində 2 nəfərin şəhər sakini R.Əhmədovu yazışmalarını yayacağı ilə hədələyərək 150 manatını almaları, martın 9-da isə qızıl əşyalar tələb etmələri barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sumqayıt sakinləri K.Kərimov, F.Rzayev və Z.Dadaşov müəyyən edilərək saxlanılıblar.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

aia.az
Geri dön