Ana Sayfa > Cəmiyyət > Dam uçdu, bir ailənin 4 üzvü öldü

Dam uçdu, bir ailənin 4 üzvü öldü


11-05-2016, 13:49. Yazar: admin


Təbrizdə güclü yağış fərdi evin damının uçmasına səbəb olub, nəticədə bir ailənin 4 üzvü ölüb.

Aia.az APA-ya istinadən bildirir ki, hadisə dünən axşam baş verib.

Hadisə nəticəsində ailə başçısı, onun həyat yoldaşı, habelə 5 və 1 yaşlı övladları ölüblər. Ölən uşaqların ikisi də oğlandır.

Hadisəyə səbəb kimi evin tikintisi zamanı istifadə olunan keyfiyyətsiz materialların güclü yağışa tab gətirməməsi göstərilir.

Aia.az
Geri dön