Ana Sayfa > Media > YAP Şəmkir rayon təşkilatının növbəti hesabat - seçki yığıncaqları keçirilib

YAP Şəmkir rayon təşkilatının növbəti hesabat - seçki yığıncaqları keçirilib


10-03-2022, 18:29. Yazar: admen
YAP Şəmkir rayon təşkilatının növbəti hesabat - seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq ərazi partiya təşkilatlarında hesabat – seçki yığıncaqları davam edir.

2022-ci il mart ayının 10-da YAP Şəmkir rayon təşkilatının Kür qəsəbə 2-saylı tam orta məktəb, Kür qəsəbə xəstəxana, Qılıncbəyli kənd və Əliyaqublu kənd ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib.

Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib.Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Sonra ərazi partiya təşkilatlarında təşkilati məsələlərə də baxılıb.

Yığıncaqlarda iştirak edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək yeni seçilən sədrləri və müavinləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb və partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən, üzvlük haqlarının məbləği və ödənilməsi qaydası barədə ətraflı danışıb. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam-intizamın möhkəmləndirilməsi, üzvlük haqlarının vaxtında və qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələrini verib.
Geri dön