Ana Sayfa > Gündəm > Anası və bacısını öldürən şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Anası və bacısını öldürən şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu10-03-2022, 17:22. Yazar: sevinc1 |
Beynəlxalq axtarışa verilən Murad Niftizadə Rusiyadan Azərbaycana ekstradisiya edilib. Bu barədə aia.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Prokurorluğunda istintaq olunan cinayət işi üzrə M.Niftizadənin 2019-cu il dekabrın 13-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan olunub. M.Niftizadə Rusiya ərazisində müəyyən edilərək 2021-ci il oktyabrın 17-də həbs olunub, 2022-ci il martın 10-da Azərbaycana gətirilib. aia.az Geri dön |