Ana Sayfa > Seçki 2024 > Samuxda şəhidin ildönümü qeyd olundu

Samuxda şəhidin ildönümü qeyd olundu


9-03-2022, 15:37. Yazar: sevinc1
Samuxda şəhidin ildönümü qeyd olundu


Bu gün Samux rayonunun Qarayeri qəsəbəsində 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb şəhid olan Cəfərov Babək Məxsus oğlunun ildönümü qeyd edildi.

aia.az xəbər verir ki, mərasimdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı ziyarət olundu, əziz xatirəsi ehtiramla yad edildi və ruhuna dualar oxundu.

Azərbaycan Ordusunun əsgəri olan Babək Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzulinin və Xocavəndin azadlığı uğrunda döyüşlərdə savaşıb. 26 oktyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Cəfərov “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Uzun müddət komada qalan Babək həkimlərin bütün səylərinə baxmayaraq 08 mart 2021-ci ildə şəhadətə qovuşub. Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub. Şəhidimizin vətənə əmanət 2 övladı var. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tağşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Babək Cəfərov ölümündən sonra “Vətən uğrunda” və

“Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Qarayeri qəsəbəsində Babəkin xatirəsini əbədiləşdirmək məqsədilə bulaq da inşa olunub. Ziyarətçilər bu gün həmin bulağın açılışını da qeyd ediblər.

Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin

aia.az
Geri dön