Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan banklarının kartları Rusiyada işləməyəcək

Azərbaycan banklarının kartları Rusiyada işləməyəcək


9-03-2022, 14:55. Yazar: sevinc1
Azərbaycan banklarının kartları Rusiyada işləməyəcək

"Visa" və "Mastercard" ödəniş sistemləri Rusiya bazarında fəaliyyətlərini dayandırdıqlarını bəyan edib. Bu səbəbdən Azərbaycan banklarının kartları Rusiya ərazisində işləməyəcək.

aia.az APA-ya istinadən bildirir ki, artıq bununla bağlı Azərbaycanın bəzi bankları müştərilərinə bildiriş göndərib. Banklar kartlarda olan vəsaiti ATM-lərdə nağdlaşdırmağı və nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirməyi tövsiyə edir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən "Visa" və "Mastercard" ödəniş sistemləri Rusiyada fəaliyyətini dayandırıb.

aia.az
Geri dön