Ana Sayfa > Ölkə > Polis metroda dilənçilərə qarşı əməliyyat keçirdi -

Polis metroda dilənçilərə qarşı əməliyyat keçirdi -


9-03-2022, 12:28. Yazar: sevinc1
Polis metroda dilənçilərə qarşı əməliyyat keçirdi -

Daxili İşlər Nazirliyinin Metropolitenində Polis Şöbəsi Bakı metropoliteninin stansiyalarında dilənçilərə qarşı əməliyyat keçirib.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dilənçiliklə məşğul olan 16 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 3-ü kişi, 7-si qadın və 6-sı azyaşlı olub. Həmin şəxslər barəsində müvafiq tədbirlər görülüb.

aia.az
Geri dön