Ana Sayfa > İdman > "Bavariya" və "Liverpul" ÇL-də 1/4 finala yüksəldi
"Bavariya" və "Liverpul" ÇL-də 1/4 finala yüksəldi9-03-2022, 09:08. Yazar: sevinc1 |
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib. aia.az xəbər verir ki, ilk oyun günündə növbəti mərhələyə vəsiqə qazanan 2 komandanın adına aydınlıq gəlib. Bunlar Almaniya "Bavariya"sı ilə İngiltərə "Liverpul"udur. "Bavariya" Avstriyada "Zaltsburq"la 1:1 hesablı heç-heçə etdiyi ilk qarşılaşmanın revanşında böyük hesablı qələbəyə imza atıb - 7:1. İlk 3 qolu Robert Levandovski vurub. Polşalı hücumçu 12-ci və 21-ci dəqiqədə penaltidən, 23-cü dəqiqədə isə oyun epizodundan fərqlənərək, ən erkən het-trik rekordunu yeniləyib. İlk yarıda daha bir qolu 31-ci dəqiqədə Serj Qnabri vurub. "Bavariya" fasilədən sonra da üstünlüyünü davam etdirib. 54-cü və 83-cü dəqiqələrdə Tomas Müller "dubl" edib. Son nöqtəni isə 85-ci dəqiqədə Leroy Sane qoyub. "Zaltsburq"un təsəlli qoluna 70-ci dəqiqədə Maurits Kyerqor imza atıb. "Liverpul" isə İtaliyada 2:0 hesabı ilə yendiyi "İnter"ə öz meydanında minimal hesabla uduzub. Yeganə qolu 62-ci dəqiqədə Lautaro Martines vurub. Bundan 1 dəqiqə sonra ALeksis Sançes qırmızı vərəqə alaraq, İtaliya klubunu azlıqda qoyub. Qalan müddətdə qapılara qol vurulmayıb. Beləliklə, "Liverpul" iki oyunun yekununda daha üstün olduğu üçün mərhələ adlayıb. UEFA Çempionlar Liqası 1/8 final, cavab oyunları 8 mart 00:00. "Liverpul" (İngiltərə) - "İnter" (İtaliya) - 0:1 Qol: Lautaro Martines, 62 Qırmızı vərəqə: Aleksis Sançes, 63 ("İnter") Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya) İlk oyun - 2:0 00:00. "Bavariya" (Almaniya) - "Zaltsburq" (Avstriya) - 7:1 Qollar: Robert Levandovski, 12 (pen.); 21 (pen.); 23. Serj Qnabri, 31. Tomas Müller, 54; 83. Leroy Sane, 85 - Maurits Kyerqor, 70 Baş hakim: Klement Turpin (Fransa) İlk oyun - 1:1. aia.az Geri dön |