Ana Sayfa > İdman > Türkiyə millisi üçün özəl təyyarə hazırlandı

Türkiyə millisi üçün özəl təyyarə hazırlandı


11-05-2016, 11:59. Yazar: admin



Fransada keçiriləcək AVRO-2016-nın final mərhələsinə qatılacaq Türkiyə millisi üçün özəl təyyarə hazırlanıb.
Aia.az qafqazinfo-ya istinadən bildirir ki, təyyarənin üzərində baş məşqçi Fatih Terim və futbolçuların fotoları əks olunub.
"Boinq 737-900ER" tipli təyyarənin üzərinə seçmə mərhələdə millinin heyətində çıxış etmiş Yunus Mallı, Hakan Balta, Volkan Babacan, Oğuzhan Özyakup, Selçuk İnan, Arda Turan, Alper Potuk, Ozan Tufan ve Cenk Tosun, Gökhan Töre, Olcay Şahan, Serdar Aziz, Hakan Çalhanoğlu, Gökhan Gönül, Volkan Şen, Burak Yılmaz, Onur Kıvrak, Mehmet Topal və Caner Erkinin şəkilləri yer alıb.


Geri dön