Ana Sayfa > Karusel / Media > Bu gün Xarkovdan Polşaya 200-ə yaxın azərbaycanlı təxliyə ediləcək
Bu gün Xarkovdan Polşaya 200-ə yaxın azərbaycanlı təxliyə ediləcək4-03-2022, 11:10. Yazar: admen |
“Bu gün Ukraynanın Xarkov şəhərindən Polşaya 200-ə yaxın azərbaycanlının təxliyə edilməsi planlaşdırılır”. Bunu “Report”a açıqlamasında hazırda Polşada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib. O bildirib ki, bu rəqəmlər arta bilər: “Çünki Xarkovda vəziyyət daha da gərginləşib. Ümumilikdə təxliyə olunan 500 soydaşımız var. Bu proses getdikcə sürətlənir. Bazar günü 300-dən artıq həmvətənimizin iki reyslə Azərbaycana yola salınması gözlənilir". AİA.Az Geri dön |