Ana Sayfa > Karusel / Gündəm > Zaporojye AES-in ərazisindəki yanğın söndürülüb
Zaporojye AES-in ərazisindəki yanğın söndürülüb4-03-2022, 10:09. Yazar: admen |
Ukraynanın şərqində yerləşən Zaporojye AES-in ərazisində baş verən yanğın Bakı vaxtı ilə saat 08:20-də söndürülüb. AİA.Az-ın Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər. Məlumata əsasən, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb. XXX 07:05 Ukraynanın şərqində yerləşən Zaporojye AES-in ərazisində yanğın baş verib. Bu barədə AES-in mətbuat xidmətinin nüamayəndəsi Andrey Tuz özünün "Telegram" kanalında xəbər verib. "Atom elektrik stansiyasında yanğın", - deyə o yazıb. Qeyd edək ki, Enerqodar şəhərindəki Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Geri dön |