Ana Sayfa > Seçki 2024 > Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir


3-03-2022, 17:59. Yazar: sevinc1
Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir


03.03.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının Mədəniyyət, Uşaq Yaradıcılıq Mərkəzi,Dəyirmandağ, Gərgər, Əmiraslanlı və Komunal Müəssisələr Kombinatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi. Hesabat məruzəsi dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədrləri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövrü ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

44 günlük Zəfər Müharibəsində qazanılan qələbənin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı çox uğurlu siyasət günün aktual məsələsi kimi müzakirə edildi.

Hesabat-seçki yığıncaqlarını giriş nitqi ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yığıncaq iştirakçılarını salamlayıb. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayından, yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən, “Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” haqqında ətraflı şəkildə yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.

Hesabat-seçki yığıncağında təşkilati məsələlərə də baxılıb,Sonra təşkilatı məsələlərə baxılaraq yuxarıda qeyd olunan ərazi təşkilatlarına

Mədəniyyət ərazi partiya təşkilatına - sədr Bayramov Pərviz Rəcəb oğlu, müavin Hüseynov Ərşad Nərman oğlu.

Uşaq Yaradıcılıq Mərkəzi ərazi partiya təşkilatına - sədr Yusibov Emin Pənah oğlu, müavin – Məmmədov Bəhruz Pənah oğlu.

Dəyirmandağ ərazi partiya təşkilatına - sədr Mövlayev Ramiz Sadiq oğlu, müavin – Bayramov Bəhruz Mahir oğlu.

Gərgər ərazi partiya təşkilatına - sədr Məmmədov Elvin Natiq oğlu, müavin – Tağıyev Ramal Səqabət oğlu

Əmiraslanlı ərazi partiya təşkilatına - sədr Həsənov Rauf Arif oğlu, müavin – Yusibov Əli Arif oğlu.

Komunal Müəssisələr Kombinatı ərazi partiya təşkilatına - sədr Quliyev Elşad Rasim oğlu, müavin – İsmayılov Alim Vidadi oğlu seçildilər.

Sonda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və təşkilatın əməkdaşları yeni tərkiblərin fəaliyyətinə uğurlar arzulayaraq qarşıda duran vəzifələri yüksək səviyyədə həyata keçirmək məqsədilə daha fəal olmağa çağırdı.

aia.az
Geri dön