Ana Sayfa > Cəmiyyət > Bakı metrosunda bədbəxt hadisə

Bakı metrosunda bədbəxt hadisə


11-05-2016, 11:13. Yazar: admin



Bakı metrosunda ölüm hadisəsi baş verib.

Aia.az bildirir ki, şahidlərin APA-ya verdikləri məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Bakı Metropoliteninin "Qara Qarayev" stansiyasında qeydə alınıb. Platformada olan sərnişinlərdən biri qəfildən vəfat edib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyib: "Yaşlı bir kişi platformada olan zaman özünü pis hiss etdiyi üçün təcilli tibbi yardım çağırılıb. Lakin həkimlər gələnədək o, dünyasını dəyişib. Hazırda araşdırma aparılır".

Aia.az
Geri dön