Ana Sayfa > Siyasət > Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir3-03-2022, 16:12. Yazar: sevinc1 |
![]() 02 mart 2022-ci il tarixdə, Kamallı-Çıraqlı kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. aia.az xəbər verir ki, yığıncaqda ərazi partiya təşkilatında hesabat dövründə görülən işlər geniş müzakirə olundu, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edildi. Yığıncaqda təşkilati məsələlərə baxılaraq ərazi partiya təşkilatına sədr və sədr müavini seçildi. Tədbirdə iştirak edən YAP Laçın rayon Təşkilatının sədri İlqar İlyasov Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsindən irəli gələn tələblərdən danışaraq, Ərazi Partiya Təşkilatının işinə uğurlar arzuladı. aia.az Geri dön |