Ana Sayfa > Ölkə > YAP Samux rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam etdirilir

YAP Samux rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam etdirilir


3-03-2022, 14:50. Yazar: sevinc1
YAP Samux rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam etdirilir

03.03.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı 30 saylı Yol İdarəsi və Qarabağlar kənd ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

aia.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlərə baxılaraq, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib. Elnarə Hacıyeva 30 saylı Yol İdarəsi idarəsi ərazi partiya təşkilatının sədri, Azər Qasımov sədr müavini; Vidadi İsayev Qarabağlar kənd ərazi partiya təşkilatının sədri, Aynur Muradova sədr müavini seçiliblər.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək onlara işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

aia.az
Geri dön