Ana Sayfa > Manşet / Gündəm > Təhsilin İnkişafı Fondu yaradılıb

Təhsilin İnkişafı Fondu yaradılıb


3-03-2022, 11:00. Yazar: sevinc1
Təhsilin İnkişafı Fondu yaradılıb

Təhsil Nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb.

aia.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda da dəyişiklik edib.

Dəyişikliyə əsasən, Təhsilin İnkişafı Fondu Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.

aia.az
Geri dön