Ana Sayfa > İdman > Akrobatika gimnastikası Azərbaycanda ənənəvi idman növlərindən biridir -

Akrobatika gimnastikası Azərbaycanda ənənəvi idman növlərindən biridir -


3-03-2022, 10:23. Yazar: sevinc1
Akrobatika gimnastikası Azərbaycanda ənənəvi idman növlərindən biridir -

Akrobatika gimnastikası Azərbaycanda ənənəvi idman növlərindən biridir.

Trend xəbər verir ki, bunu Gənclər və İdman nazirinin müavini Mariana Vasileva Bakıda akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarının açılış mərasimində çıxışı zamanı deyib.

Nazir müavini bildirib:

"Əziz idmançılar, hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizi Bakıda görməyə çox şadam!

Akrobatika gimnastikası Azərbaycanda ənənəvi idman növlərindən biridir və çox sevincli haldır ki Akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları ilk dəfə olaraq Azərbaycanda keçirilir.

Nə xoş oldu ki, bu yarışlarının açılış mərasimi idman həftəsi çərçivəsinə düşdü. Buraya 24 (iyirmi dörd) ölkədən 438 (dördyüz otuz səkkiz) gimnast toplaşıb. Gənclər və İdman Nazirliyi adından hər kəsə uğurlar, möhkəm sağlamlıq, yeni qələbələr və dünyada sülhün olmasını arzu edirəm".

aia.az
Geri dön