Ana Sayfa > Siyasət > Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir
Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir2-03-2022, 17:44. Yazar: sevinc1 |
![]() 03.03.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının Slavyanka, Miskinli,Səbətkeçməz, Dəyəqarbulaq, Əlinağılar və Çaldaş ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi. Hesabat məruzəsi dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədrləri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövrü ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. 44 günlük Zəfər Müharibəsində qazanılan qələbənin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı çox uğurlu siyasət günün aktual məsələsi kimi müzakirə edildi. Hesabat-seçki yığıncaqlarını giriş nitqi ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yığıncaq iştirakçılarını salamlayıb. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayından, yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən, “Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” haqqında ətraflı şəkildə yığıncaq iştirakçılarının diqqətinə çatdırdı. Hesabat-seçki yığıncağında təşkilati məsələlərə də baxılıb,Sonra təşkilatı məsələlərə baxılaraq yuxarıda qeyd olunan ərazi təşkilatlarına Slavyanka ərazi partiya təşkilatına - sədr Ələkbərov Fərhad İbrahim oğlu, müavin – İsmayılov Zaur Suliddin oğlu. Miskinli ərazi partiya təşkilatına - sədr Həsənov Arif Musa oğlu, müavin – Bayraməliyev Bəhruz İslam oğlu. Səbətkeçməz ərazi partiya təşkilatına - sədr Bağırov Saməddin Xəlil oğlu, müavin – Musayev Tacəddin Ələddin oğlu. Dəyəqarabulaq ərazi partiya təşkilatına - sədr Tağıyev Məhəd Mədəd oğlu, müavin – Qurbanov Nahid Rahib oğlu Əlinağılar ərazi partiya təşkilatına - sədr Quliyev Vüsal İlyas oğlu, müavin – Bağırov Müşfiq Cəbi oğlu. Çaldaş ərazi partiya təşkilatına - sədr Tağıyev Pərviz Məhəmməd oğlu, müavin – Qocayev Emil Oktay oğlu. seçildilər. Sonda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və təşkilatın əməkdaşları yeni tərkiblərin fəaliyyətinə uğurlar arzulayaraq qarşıda duran vəzifələri yüksək səviyyədə həyata keçirmək məqsədilə daha fəal olmağa çağırdı. aia.az Geri dön |