Ana Sayfa > Seçki 2024 > YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir


2-03-2022, 15:49. Yazar: admen
YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

AİA.Az xəbər verir ki, 02.03.2022-ci il tarixdə YAP Samux rayon təşkilatının Zazalı kənd, Zazalı tam orta məktəb, Tatılı kənd, Tatılı tam orta məktəb və Alıuşağı kənd ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilib. YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramovun iştirakı ilə keçirilən yığıncaqlarda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dahi Şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi şərəfli inkişaf yolundan, bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbəri olduğu partiyanın ölkəmizdə, həmçinin beynəlxalq aləmdə böyük nüfuza malik olmasından, regionun ən güclü siyasi təşkilat olduğundan bəhs edilib.

Yığıncaqlarda gündəlikdə duran məsələlərə uyğun olaraq ərazi partiya təşkilat sədrlərinin hesabat məruzələri dinlənilib və yeni sədr və müavinlər seçilib. Belə ki, Altay Əliyev Zazalı kənd ərazi ilk patiya təşkilatının sədri, Elnur Əliyev sədr müavini; Ceyhun Mürsəlzadə Zazalı tam orta məktəb ərazi ilk patiya təşkilatının sədri, Gültəkin Əliyeva sədr müavini; Vüsal Məmmədov Tatılı kənd ərazi ilk patiya təşkilatının sədri, Elmir İbrahimov sədr müavini; Tacirə Məmmədova Tatılı tam orta məktəb ərazi ilk patiya təşkilatının sədri, Yeganə Namazova sədr müavini; Musa Əsədov Alıuşağı kənd ərazi ilk patiya təşkilatının sədri, İlahə Kərimova isə sədr müavini seçiliblər.

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov ərazi partiya təşkilatlarına yeni seçilən sədr və müavinlər təbrik edilərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Geri dön