Ana Sayfa > Ölkə > YAP Laçın rayon təşkilatında yeni ərazi partiya təşkilatı yaradılıb.

YAP Laçın rayon təşkilatında yeni ərazi partiya təşkilatı yaradılıb.


2-03-2022, 15:19. Yazar: admen
YAP Laçın rayon təşkilatında yeni ərazi partiya təşkilatı yaradılıb.

2 mart 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu , Polad Həşimov küçəsi 221 ünvanda YAP Laçın rayon təşkilatının yeni 37 saylı Ərazi Partiya Təşkilatı yaradıldı.

Yığıncaqda yeni yaradılan ərazi partiya təşkilatının qarşısında duran vəzifələr müzakirə olundu, təşkilati məsələlərə baxılaraq ərazi partiya təşkilatına sədr və sədr müavini seçildi.

Tədbirdə iştirak edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsinin tələblərindən danışdı. İ.İlyasov yeni yaradılan təşkilatın işinə uğurlar arzulayaraq, yeni seçilən ƏPT -nin sədr və sədr müavininə müvafiq tapşırıq və tövsiyyələrini verdi.

AİA.Az
Geri dön