Ana Sayfa > Seçki 2024 > AZAL Ukraynadan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək.

AZAL Ukraynadan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək.


2-03-2022, 14:52. Yazar: admen
AZAL Ukraynadan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinindən AİA.Az-a bidirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə AZAL aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək.

Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.

Martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı Vətənə qayıdıb.

Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlaya bilərlər.


Geri dön