Ana Sayfa > Media > Dünyanın sonu belə olacaq: qurtuluş varmı?

Dünyanın sonu belə olacaq: qurtuluş varmı?


11-05-2016, 10:30. Yazar: admin
Dünyanın sonu belə olacaq: qurtuluş varmı?

Elm adamlarına görə, dünyanın sonu 4 səbəbdən gələ bilər: Böyük buzlaşma, Böyük çöküş, Böyük dəyişiklik və Böyük parçalanma.

Aia.az xəbər verir ki, bu sözlər Yutub sosial şəbəkəsindəki bir videodandır. Videoda dünyanın dağılmasına səbəb olan 4 prosesdən söz açılır:

“Alimlərin fikrincə, 6 milyard il sonra Günəş sönərək planetləri udacaq və bu da dünyanın sonunu gətirəcək. Dünyanın sonu ilə bağlı müxtəlif suallar var.Dünya bir anda dağılacaq, yoxsa bu proses yavaş-yavaş gedəcək?Elm adamlarının qənaətinə görə, Böyük buzlaşma zamanı bütün ulduzlar sönəcək, maddələr çürüyəcək. Bu prosesdən sonra dünyanın hər tərəfi soyumuş, ölü və boş bir əraziyə çevriləcək. Böyük çöküş nəzəriyyəsinə görə isə dünya ya genişlənir, ya da daralır. Əgər dünyanın kütləsi yetərincə çoxdursa, onun genişlənməsi dayanacaq və dünya öz içinə çökəcək. Yəni Böyük partlayışın əksi – Böyük çöküş olacaq”.

Daha ətraflı aşağıdakı videodan öyrənə bilərsiniz:

Aia.az
[media=https://youtu.be/rCHVExwdDPU]
Geri dön