Ana Sayfa > Karusel / Dünya > NATO üzvlüyü təklif etməyə hazır deyilsə, Ukraynaya təhlükəsizlik zəmanəti lazımdır - Zelenski
NATO üzvlüyü təklif etməyə hazır deyilsə, Ukraynaya təhlükəsizlik zəmanəti lazımdır - Zelenski2-03-2022, 10:08. Yazar: admen |
NATO-ya üzv olan ölkələr Ukraynanın üzvlüyünü qəbul etməyə hazır deyillərsə, Ukrayna üçün hüquqi təhlükəsizlik təminatları hazırlamalıdırlar. AİA.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Reuters agentliyinə müsahibəsində bildirib. Prezident beynəlxalq ictimaiyyəti Ukraynaya dəstək üçün daha çox iş görməyə, o cümlədən Ukrayna ərazisi üzərində uçuşa qadağan zonanın tətbiqinə çağırır. "Söhbət NATO ölkələrini müharibəyə cəlb etməkdən getmir. Həqiqət budur ki, hamı uzun müddətdir müharibəyə cəlb olunub", - Zelenski bildirib. Ukrayna dövlət başçısının qeyd edib ki, ABŞ prezidenti Co Baydenin ona bildirdiyinə görə, hələ ki belə bir tədbirin tətbiqi vaxtı deyil. "Əgər bizim tərəfdaşlarımız Rusiyanın Ukraynanı NATO-da olmasını istəmədiyi üçün ölkəmizi NATO-ya qəbul etməyə hazır deyillərsə, o zaman Ukrayna üçün ümumi təhlükəsizlik təminatlarını hazırlamalıdırlar", - Zelenski bildirib. "Bu o deməkdir ki, bizim ərazi bütövlüyümüz var, sərhədlərimiz qorunur, bütün qonşularımızla xüsusi münasibətlərimiz var, tam təhlükəsizliyimizi təmin edən zaminlər buna qanuni şəkildə edirlər", Ukrayna prezidenti əlavə edib. Geri dön |