Ana Sayfa > Karusel / Gündəm > Ukraynadan Azərbaycan vətəndaşları da daxil olmaqla daha 2 604 nəfər yola düşüb - Çavuşoğlu
Ukraynadan Azərbaycan vətəndaşları da daxil olmaqla daha 2 604 nəfər yola düşüb - Çavuşoğlu2-03-2022, 09:26. Yazar: admen |
Türkiyə Ukraynadan Azərbaycan vətəndaşları da daxil olmaqla 2 604 nəfərdən ibarət qrupu təxliyə edib. AİA.Az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu öz rəsmi "Twitter" hesabında bildirib. "Bu gün Azərbaycan vətəndaşları da daxil olmaqla daha 2604 qardaşımız Kiyev, Xarkov, Odessa, Zaporojyt və Lvovdan yola düşüb. Beləliklə, təxliyə etdiyimiz vətəndaşların sayı 8050-yə çatıb", - nazir bildirib. O, əlavə edib ki, vətəndaşların təhlükəsiz təxliyəsi üçün fəaliyyət davam edir. Geri dön |