Ana Sayfa > Seçki 2024 > YAP Samux rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir

YAP Samux rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir


1-03-2022, 18:30. Yazar: admen
YAP Samux rayon təşkilatında  hesabat-seçki yığıncaqları davam edir

AİA.Az xəbər verir ki, 01.03.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının Az.MSS, İnstitut qəsəbə, İnstitut tam orta məktəb, İnstitut Uşaq Bağçası və Bağbanlar ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncağı keçirilib.  Əvvəlcə Yeni Azərbaycan Partiaysının qurucusu, ümumilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
YAP ərazi ilk partiya təşkilatlarının sədrləri hesabat məruzələri ilə çıxış edərək bildiriblər ki, ötən dövrdə partiyanın qurucusu, ümummilli lider Heydər Əliyev ideyalarının yaşadılması, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi sahələrində əldə olunan nailiyyətlərinin ictimaiyyət arasında geniş təbliğ edilməsi istiqamətində mühüm tədbirlər görülüb. Eyni zamanda YAP-ın proqram və prinsiplərinin təbliği, partiya sıralarının genişləndirilməsi işlərinə xüsusi diqqət yetirilib.
Ərazi ilk partiya təşkilat sədrlərinin hesabat dövrü ərzində fəaliyyəti qənaətbəxş qiymətləndirilib və sonra təşkilati məsələlərə baxılıb. Namiq Cəfərov Az.MSS ərazi ilk partiya təşkilatının sədri, Gültəkin Zeynalova sədr müavini; Fərmayıl Qəhrəmanov İnstitut qəsəbə ərazi ilk partiya təşkilatının sədri, Sevinc Hüseynova sədr müavini; Gülsəba Abbasova İnstitut tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri, Tünzalə Şıxıyeva sədr müavini; İradə Vəliyeva İnstitut Uşaq Bağçası ərazi ilk partiya təşkilatının sədri, Samirə Rüstəmova sədr müavini; Xəyalə Namazova Bağbanlar ərazi ilk partiya təşkilatının sədri, Məhsəti Əliyeva isə sədr müavini seçilib.

Görüşlərdə yeni seçilən sədr və müavinlər göstərilən etimadı yüksək qiymətləndirərək layiqincə doğruldacaqlarını bildirib.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov partiyanın VII Qurultayından bəhs edərək yeni Nizamnamə və proqramın, eləcə də struktur dəyişikliklərinin partiyanın gələcək inkişafına əsaslı zəmin yaratdığını bildirib. G.Bayramov qarşıda duran vəzifələr haqqında bəhs edərərk ərazi partiya təşkilatının sistemli və keyfiyyətli fəaliyyət göstərməsi üçün tövsiyyələrini verib.
Geri dön