Ana Sayfa > Seçki 2024 > Sabirabad rayonun Vətən müharibəsi şəhidi Əkbərov Rahil Canəhməd oğlunun xatirəsi doğum günündə anılıb

Sabirabad rayonun Vətən müharibəsi şəhidi Əkbərov Rahil Canəhməd oğlunun xatirəsi doğum günündə anılıb


1-03-2022, 16:40. Yazar: admen
Sabirabad rayonun Vətən müharibəsi şəhidi Əkbərov Rahil Canəhməd oğlunun xatirəsi doğum günündə anılıb

AİA.Az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Siraqəddin Cabbarov, Sabirabad rayon Gənclər İdman İdarəsinin rəisi Nadir Quliyev, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüblər.

Daha sonra şəhidin böyüyüb boya başa çatdığı Sabirabad rayon Ətcələr kəndində adına ucalmış abidə kompleksinin önündə anım tədbiri keçrilmişdir.
YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov çıxış edərək şəhid ailələrinə səbr, qazilərimizə şəfa diləmişdir.
Birinci Vətən Müharibəsi Qazisi, Sabirabad rayon Veteranlar Təşkilatının sədri Faiq Hüseynov, şəhidin döyüş yoldaşları və şəhid valdeyinləri çıxış etmişlər. Sonda məktəblilər şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər söyləmişlər.
Geri dön