Ana Sayfa > Təhsil > AzTU-da UNESCO-nun dəstəyilə yeni layihə çərçivəsində təlimlərə başlanılıb
AzTU-da UNESCO-nun dəstəyilə yeni layihə çərçivəsində təlimlərə başlanılıb1-03-2022, 15:29. Yazar: sevinc1 |
UNESCO-nun maliyyə dəstəyilə Azərbaycan Texniki Universitetinin (AzTU) həyata keçirdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi çərçivəsində təlimlərə start verilib. Təlimlərin ilk günü AzTU-nun beynəlxlaq əlaqələr üzrə prorektoru Sübhan Namazov şagirdləri salamlayıb və layihə haqqında məlumat verib. Sübhan Namazov iqtisadiyyatın inkişafında mühəndislik peşəsinin əhəmiyyəti, bu sahəyə qadınların da töhfəsinin zəruriliyi, müasirləşən mühəndislik peşələrinin qadınlar üçün uyğunluğu, eləcə də AzTU-nun tələbə qızlarının bu istiqamətdə qazandığı uğurlar haqqında danışıb. Daha sonra layihənin gender üzrə mütəxəssisi Günel Ağabəyli mühəndis qızların uğur hekayələrindən və dünyada bu peşədə təmsil olunan qadınların nailiyyətlərindən söhbət açıb. Qeyd olunub ki, layihə çərçivəsində şagirdlərə STEM, elektronika, layihələndirmə və proqramlaşdırma, mühəndislik dizaynı, “Python” təlimləri və mühəndislikdə qadınların iştirakının təşfiqi mövzularında silsilə təlimlər və seminarların keçirilirməsi nəzərdə turulub. Qeyd edək ki, təlimlərə AzTU-nun və digər müəssisələrin bu sahədə ixtisaslaşan peşəkar mütəxəssisləri rəhbərlik edir. aia.az Geri dön |