Ana Sayfa > Siyasət > Könül Nurullayeva İHİF İcraiyyə Komitəsinin iclasında iştirak edib
Könül Nurullayeva İHİF İcraiyyə Komitəsinin iclasında iştirak edib1-03-2022, 12:07. Yazar: sevinc1 |
![]() Zoom video-konfrans platforması vasitəsilə İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin sayca 33-cü iclası baş tutub. Komitənin üzvü Könül Nurullayeva da iclasda iştirak edərək, cari məsələlərlə əlaqədar fikir və təkliflərini bölüşüb. Nəzərinizə çatdıraq ki, Türkiyə Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti, Türkiyə Gənclər və İdman Nazirliyinin nazir müavinləri, Təşkilat Komitəsinin üzvlərinin iştirakı, İHİF-in baş katibi Mohammed Saleh Əl Qarnasın rəhbərliyi ilə baş tutan komitə iclasında “Konya 2021” 5-ci İslam Həmrəyliyi Oyunlarının uğurlu təşkili istiqamətində aparılan ən son hazırlıq işləri, o cümlədən akkreditasiya sistemi, könüllülük proqramı, idman proqramı, açılış və bağlanış mərasimi və s. bu kimi məsələlər müzakirə edilib. Görüş zamanı, həmçinin 8-18 avqust 2022 tarixlərində Türkiyənin Konya şəhərində baş tutacaq 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı 57 dövlətin nümayəndə rəhbərlərinin iştirakı ilə keçiriləcək toplantının gündəliyi barədə də danışıqlar aparılıb. Qeyd edək ki, İcraiyyə Komitəsinin üzvləri son olaraq isə 6-cı İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi ilə əlaqədar ilkin məsələlərdən bəhs ediblər. aia.az Geri dön |